Vüqar Qurbanov onu direktor TƏYİN ETDİ

Suraxanı Tibb Mərkəzinə yeni direktor təyin edilib.
Redaktor.az xəbər verir ki, bununla bağlı TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.
Əmrə əsasən, Aybəniz Sanıyeva Suraxanı Tibb Mərkəzinin direktoru vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, Suraxanı Tibb Mərkəzinin sabiq direktoru Azər Məmmədov fevral ayının 12-də dünyasını dəyişib. (unikal)