Paşa Həyat yeni mobil tətbiq təqdim edəcək

Paşa Həyat (Pasha Life) istifadəçiləri üçün yeni mobil tətbiq təqdim edəcək.
Redaktor.az xəbər verir ki, bunu "Həyat sığortası nədir" mövzusu üzrə media nümayəndələri üçün keçirilən təlimdə Pasha Life-ın Marketinq Mərkəzinin rəhbəri Ruslan Ələkbərov deyib.
Onun sözlərinə görə, istifadəçilərin daha rahat giriş etməsi üçün mobil tətbiq yaxın günlərdə təqdim ediləcək.
Həmidə İBRAHİMLİ