"Azəriqaz"ın "Açıq mikrofon"u yenidən Biləsuvarda quruldu - FOTO

 14:34 16.03.2023     252

SOCAR "Azəriqaz" İstehsalat Birliyinin "Açıq mikrofon" aksiyası bu dəfə Biləsuvar rayonunda təşkil olunub.

Redaktor.az bildirir ki, sahibkarlarla baş tutan görüşü Lənkəran Rayon Qaz İstismarı İdarəsinin rəisi çıxış sözü ilə açıq elan edib.

Ardınca sahibkarlar qaz təchizatında üzləşdiyi problemləri ünvanlayıblar. İstixana sahibi olan Taleh Əhmədov Birlik tərəfindən hər mövsüm sahibkarlara edilən güzəştlərin bu dəfə də həyata keçirilməsini xahiş edib. Digər sahibkar Amil Cəfərov sahibi olduğu istixana və təndirxanada bəzi hallarda qazın təzyiqinin aşağı olduğunu bildirib. Çörək sexinin sahibi İltimas Seyfullayev isə Birliyin operativ fəaliyyəti sayəsində çətinliklərin keçmişdə qaldığını bildirib.

Buna görə ölkə başçısına, eləcə də SOCAR rəhbərliyinə təşəkkür edib. Görüşdə sahibkarlarla yanaşı, sadə vətəndaşlar da müraciətlərini ünvanlayıblar. Lənkəran RQİİ-nin rəhbər şəxsləri səslənən problem və təkliflərin aidiyyəti üzrə yönləndiriləcəyini qeyd ediblər.

Biləsuvar sahibkarları
Biləsuvar sahibkarları
Biləsuvar sahibkarları