YAP-ın Gəncə təşkilatının sədri vəzifəsindən azad edildi

Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər təşkilatının sədri Ramil Orucov vəzifəsindən azad edilib.
Bu barədə Redaktor.az-a partiyadan məlumat verilib.
Bildirilib ki, bu gün YAP-ın İdarə Heyətinin iclasında Ramil Orucovun səhhəti ilə əlaqədar tutduğu vəzifədən azad edilməsi ilə bağlı ərizəsinə baxılıb və müvafiq qərar qəbul edilib.