"Türkiyəyə dəstəyimiz davam edəcək" - Qənirə Paşayeva

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva “Qardaş köməyi” platformasının təşkil etdiyi, Azərbaycan və Türkiyə xanımlarının birgə əməyinin bəhrəsi olan XIX Xeyriyyə Sərgisinin açılış mərasimində çıxış edib.
Redaktor.az-ın məlumatına görə, komitə sədri bildirib ki, qardaş ölkəmizdəki dəhşətli zəlzələnin nəticələri tam aradan qaldıralanadək hər cür dəstəyimiz davam etməlidir.
“İlk günlərdən cənab Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın zəlzələdən zərər çəkən qardaş-bacılarımıza böyük ürəkli mənəvi, maddi dəstəkləri hər birimiz üçün gözəl örnək oldu. Bu örnək əsasında dəstəyimiz davam edəcək. Azərbaycan və Türkiyə vətəndaşı olan xanımlarımızın əl əməyi, göz nuru olan bu gözəl məhsulları almaq, xeyriyyə aksiyasında iştirak etmək bizim üçün bir mənəvi borcdur”, - Qənirə Paşayeva deyib.
T.İSMAYIL