"Azəriqaz"ın "Çağrı mərkəzi" bayram günlərində fasiləsiz ÇALIŞACAQ

 12:27 17.03.2023     1102

"Qarşıdan gələn bayram günlərində də 104 çağrı mərkəzi öz fəaliyyətini fasiləsiz davam etdirəcək"

Redaktor.az xəbər verir ki, bu sözləri  “Azəriqaz” İstehsalat Birliyinin İdarəetmə Aparatının 104 xidmətinin rəhbəri Xalidə Şimşək bu gün keçirilən “Açıq qapı” aksiyasında bildirib.

"Bununla bağlı əməkdaşlarımızın sayını artırmışıq. Müştəri məmnuniyyətinin qazanılması üçün mühüm işlərin görülməsi davam etdirilir. Son 2 gündə 283 min müraciətdən sadəcə 10 faizi icraata yönləndirilib. Geri qalan məsələlər çağrı mərkəzinin əməkdaşları vasitəsilə həll edilib. Həmçinin qeyd edək ki, borclarla bağlı qaz təchizatı dayandırılmış müştərilərdən bayram günlərinədək borclarını ödəmələri xahiş olunur",- deyə xədmət rəhbəri əlavə edib.

Həmidə İbrahimli