Baş prokuror onu işdən ÇIXARDI

Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Eldar Sultanov vəzifəsindən azad edilib.
Redaktor.az-ın xəbərinə görə, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, Eldar Sultanovun qulluq keçməsinə xitam verilib.
K.Əliyev tərəfindən ona “Prokurorluğun fəxri işçisi” döş nişanı təqdim edilib.