Bakı metrosunda qadınlar arasında dava - VİDEO

 18:59 17.03.2023     747

Bakı metrosunda iki qadın arasında dava düşüb.

Redaktor.az xəbər verir ki, hadisəni əks etdirən görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Qadınlardan biri digərinə təpik ataraq, söyüş söyüb.

 

"Qadınların Bakı metrosunun vaqonunda dava salmasından aidiyyəti qurumun xəbəri var".  

Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

“Aidiyyəti üzrə yönləndirmişik, bu barədə tədbir görüləcək”, - B.Məmmədov bildirib.

Həmin görüntüləri təqdim edirik: