Özünü yandıran qadın Bakıya gətirildi

 23:05 17.03.2023     345

Biləsuvarda özünü yandırmağa cəhd edən qadın paytaxt xəstəxanalarından birinə təxliyə edilib.

Redaktor.az xəbər verir ki, bu gün səhər saatlarında rayon sakini Səidə Babayeva polis şöbəsinin yaxınlığında özünü yandırmağa cəhd edib.

Cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınaraq ona ilkin tibbi yardım göstərilməklə xəstəxanaya çatdırılıb.

Qadının müalicəsinin davam etdirilməsi məqsədilə o, paytaxt xəstəxanalarından birinə köçürülüb.