DTX-nın həbs etdiyi maliyyə naziri həbsdə saxlanıldı

 12:00 18.03.2023     1238

Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin şöbə rəisi vəzifəsində işləmiş Mənsur Əsgərovun həbs müddətləri uzadılıb.

Redaktor.az-ın əldə etdiyi məlumata görə, Bakı Şəhər Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə təqsirləndirilən şəxslər Əsgərov Mənsur Turan oğlu və Əliyev Rafael Rza oğlunun həbsdə saxlama müddətlərinin uzadılması barədə istintaq orqanının vəsatətlərinə baxılıb.

Məhkəmənin qərarı ilə Rafael Əliyev və Mənsur Əsgərovun həbsdə saxlama müddətləri 3 ay müddətinə uzadılıb. 

Qeyd edək ki, ittihama görə Rafael Əliyev və Mənsur Əsgərov xüsusilə külli miqdarda dövlət vəsaitlərinin mənimsənilməsində ittiham olunurlar.

T.İSMAYIL