“Qardaşlıq oyunu”ndan nə qədər gəlir əldə oluna bilər?

Martın 26-da Bakıda "Qarabağ"la Türkiyənin “Qalatasaray” komandası arasında keçiriləcək xeyriyyə məqsədli yoldaşlıq görüşünün nə qədər gəlir gətirəcəyi müəyyənləşib.
Redaktor.az ilkin hesablamalar bu məbləğin təxminən 1 milyon manat olacağını göstərir.
Təkcə Bakı Olimpiya Stadionunun tutumunu (69 870) və qiymətləri nəzərə alsaq, bilet satışından 600-700 min manat gəlir götürülməsi proqnozlaşdırılır. Teleyayım, reklamlar və digər gəlirlərləri də nəzərə aldıqda, ümumi məbləğin 1 milyon manatı keçməsi ehtimalı yüksəkdir.
Xatırladaq ki, “Qarabağ”la “Qalatasaray” arasındakı xeyriyyə oyunu martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Oyuna saat 20:00-da start veriləcək. Qarşılaşmanın bilet satışından əldə ediləcək bütün gəlir Türkiyədəki zəlzələdən əziyyət çəkənlərə göndəriləcək.
“Sarı-qırmızılar" matçdan 1 gün öncə Azərbaycana təşrif buyuracaq. İstanbul təmsilçisinin saat 19:30-da Bakıda olması gözlənilir. Komanda paytaxtın "Fairmont" otelində məskunlaşacaq.