Ekvadorda dağıdıcı zəlzələ -Ölənlər və yaralananlar var

Ekvadorda baş verən 6,7 bal gücündə zəlzələ nəticəsində üç nəfər həlak olub, bir neçə nəfər yaralanıb.
Redaktor.az xəbər verir ki, bu barədə yerli “Semana” qəzeti məlumat yayıb.
Təbii fəlakətin episentri 32 min insanın yaşadığı Naranhal şəhərindən 17 km cənub-qərbdə yerləşib.