Vilayət Eyvazovdan yeni TƏYİNAT - FOTO

Abşeron Rayon Polis İdarəsinin rəisinə yeni müavin təyin olunub.
Redaktor.az-ın əldə etdiyi məlumata görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrlə polis polkovnik-leytenantı Vüsal Axundov Abşeron RPİ rəisinin xidmət üzrə müavini təyin edilib.
Qeyd edək ki, 1 ay əvvəl polis polkovniki Musa Musayev Binəqədi RPİ-nin rəisi vəzifəsindən azad edilərək Abşeron RPİ-nin rəisi təyin edilib.