Baş prokuror İlyas İsmayılovla görüşüb medal verdi - FOTO

 17:22 20.03.2023     242

Martın 20-də Baş prokuror Kamran Əliyev bu gün 85 illik yubileyini qeyd edən Azərbaycan SSR prokuroru, prokurorluğun veteranı İlyas İsmayılovla görüşüb.

Redaktor.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, K.Əliyev İ. İsmayılova Baş Prokurorluğun kollektivi adından təbriklərini və xoş arzularını çatdırıb, onu “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edib.

Görüş zamanı K. Əliyev və İ.İsmayılov xatirələrini bölüşüb, səmimi söhbətlər edib və sonda xatirə şəkilləri çəkdiriblər.