Hikmət Hacıyevdən Novruz bayramı ilə bağlı PAYLAŞIM

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Novruz bayramı ilə bağlı paylaşım edib.
Redaktor.az bildirir ki, o, fikirlərini rəsmi “Twitter” hesabında bölüşüb.
“21 Mart – Beynəlxalq Novruz Günü Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 2010-cu il tarixli A/RES/64/253 saylı qətnamə ilə bu bayramı qeyd edən bir neçə ölkənin təşəbbüsü ilə elan edilib. Azərbaycan da bu qətnamənin təşəbbüskarları sırasındadır”.
21 March - International #Novruz Day was proclaimed by the United Nations General Assembly, in its resolution A/RES/64/253 of 2010, at the initiative of several countries that share this holiday. Azerbaijan was among initiators of this resolution. //t.co/3L4GNr2Q9j
— Hikmet Hajiyev (@HikmetHajiyev) March 21, 2023