Bu ərazidə qaz xətlərinin çəkilişi yekunlaşır - VİDEO

 17:45 21.03.2023     256

“Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq respublikanın digər şəhər və rayonları kimi Ucar rayonunun Şahlıq kəndində də qaz təsərrüfatına dair işlər görülməkdədir.

Redaktor.az xəbər verir ki, SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsi tərəfindən nəzərdə tutulmuş layihə üzrə kəndin küçə və daşıyıcı qaz xətlərinin çəkilişi üçün ümumilikdə 18 km uzunluğunda qaz xətti çəkilib. İşlər artıq yekunlaşmaq üzrədir. Hal-hazırda boyama və betonlanma işləri həyata keçirilir.

Daha ətraflı videomaterialda: