Rusiya Çinin sülh planına HƏ dedi

 20:55 21.03.2023     318

Çinin sülh planı Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün əsas götürülə bilər.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Çin lideri Si Cinpinlə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.

O qeyd edib ki, Çinin irəli sürdüyü sülh planının bir çox müddəaları Rusiyanın yanaşmaları ilə üst-üstə düşür: "Qərb və Kiyev buna hazır olsa, sülh yolu ilə nizamlanma üçün əsas götürülə bilər. Lakin indiyədək biz onların buna hazır olmasını müşahidə etməmişik”.

Xatırladaq ki, Çin Ukraynadakı müharibənin bütün tərəflərini hərbi əməliyyatları dayandırmağa və “soyuq müharibə zehniyyətindən əl çəkməyə” çağırıb. Pekin hesab edir ki, sülh danışıqlarına başlamaq, birtərəfli sanksiyalara son qoymaq, həmçinin Ukrayna taxılının ixracına zəmanət vermək və strateji riskləri azaltmaq lazımdır. Çinin təqdim etdiyi 12 maddəlik plan “Ukrayna böhranının siyasi həlli ilə bağlı Çinin mövqeyi” adlanır.