Azərbaycanda koronavirusla bağlı son STATİSTİKA

Azərbaycanda son sutkada COVID-19 infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Bu barədə Redaktor.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Bildirilib ki, son sutkada infeksiyaya 8 yeni yoluxma faktı qeydə alınıb və koronavirusa yoluxmuş 63 nəfər isə sağalıb. Xəstəlikdən vəfat edən olmayıb.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə peyvənd aparılmayıb.