Azərbaycan gömrükçüləri 93 ədəd mobil telefon aşkar etdi

 14:23 22.03.2023     280

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında 93 ədəd mobil telefonun qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.

Redakor.az Komitəyə istinadən xəbər verir ki, Şarjah-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə gömrük zonasını tərk etmək istəyərkən ona məxsus əl yükləri gömrük yoxlamasına cəlb edilib.

Yoxlama zamanı əl yüklərindən gömrük orqanına bəyan edilməyən 30 ədəd “İphone 13”, 60 ədəd “İphone 14” və 3 ədəd “İphone 14 Pro Max” markalı mobil telefonlar aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.