HDP seçkilərə bu partiyanın tərkibində qatılacaq

Türkiyədə əsasən kürdlərdən ibarət olan Xalqların Demokratik Partiyası (HDP) seçkilərdə Yaşıl Sol Partiyasının tərkibində iştirak edəcək.
Redaktor.az xəbər verir ki, bu barədə HDP-nin həmsədri Mithat Sancar "HalkTV"də bildirib.
Sancar HDP-nin bağlanması üzrə məhkəmə işinə görə belə bir qərar verildiyini bildirib.
"Partiya seçkidən əvvəl bağlansa, seçkilərə gedə bilməyəcəyik. Təxirə salınma tələbimiz qəbul edilmədi", - o qeyd edib.