Oqtay Əliyev bu gün dəfn olunacaq

 10:44 23.03.2023     395

Əməkdar mədəniyyət işçisi, "SOY Production"un baş direktoru, prodüser Oqtay Əliyev bu gün Mehdiabad qəbiristanlığında torpağa tapşırılacaq.

Redaktor.az xəbər verir ki, bu barədə jurnalistlərə O.Əliyevin vida mərasimində yaxınları məlumat verib.

Hadisə Saray qəsəbəsi ərazisində 2-ci Kənar Dairəvi Yolun başlanğıcında baş verib. O.Əliyev, həyat yoldaşı Dilarə Əliyeva və Mehriban Zəkinin olduğu avtomobil aşıb. O.Əliyev hadisə yerində dünyasını dəyişib, D.Əliyeva və M.Zəki xəstəxanaya yerləşdirilib.