Turan İbrahimov vəsiyyət etdi: "Mən öləndə..."

 09:44 24.03.2023     1616

"Vəfat etmiş məşhurların yerdə uzanmış cəsədini, məzara qoyulma anlarını, xüsusi ilə də doğmalarının pərişan vəziyyətini göstərməyi də, ona baxmağı da qeyri-etik sayıram. Sizcə də insanların ən özəl anlarını istismar etmirikmi?"

Redaktor.az xəbər verir ki, bunu tanınmış aparıcı Turan İbrahimov özünün feysbuk hesabında prodüser Oqtay Əliyevin ölümü ilə bağlı mediadakı görüntülərə münasibət bildirərkən yazıb.

"Artıq ölümdən yox, öləcəyim halda özümün və doğmalarımın heç kimin görməsini istəmədiyim hallarının ən vulqar formada ortalığa töküləcəyindən qorxmağa başlamışam.

Vəsiyyətimdi.. mən öləndə heç bir media orqanını nə evimin həyətində, nə evimin içində, nə də qəbrimin üstündə görmək istəmirəm. Doğmalarımın pərişan vəziyyətini çəkib yayanların isə, indidən Allah bəlasını versin. Haqqımı halal etmirəm!", - deyə o, qeyd edib.

T.İSMAYIL

2