Səfirlikdən azərbaycanlı qızlarla bağlı  PAYLAŞIM

 22:57 24.03.2023     866

Massaçusets Texnologiya İnstitutuna qəbul olmaqlarını alqışlayırıq!

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi "Facebook" səhifəsində paylaşım edib.

"Zəhmətinizə və əzmkarlığınıza görə sizi təbrik edirik. Güclü cəmiyyətləri dəstəkləmək üçün təhsilə və imkanlara bərabər çıxış vacibdir və Səfirlik qadınlar və kişilər, oğlanlar və qızlar üçün bir sıra təhsil və karyera təşəbbüslərini dəstəkləməkdən qürur duyur.

Təhsil perspektivlərinizi araşdırmaqda maraqlısınız? O zaman, Education USA təhsil üzrə mütəxəssisindən tam ödənişsiz məsləhət ala bilərsiniz", - deyə qeyd olunub.