Yollarda görmə məsafəsi minimuma enəcək - XƏBƏRDARLIQ

Ölkənin avtomobil yollarındakı vəziyyət açıqlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Martın 26-da ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar olaraq gecə və səhər bəzi magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı gözlənilir.