Rusiyada Ukrayna PUA-sı partladı - Yaralılar var

 21:30 26.03.2023     466

Rusiyanın Tula vilayətinin Kireyevsk şəhərində güclü partlayış baş verib.

Redaktor.az xəbər verir ki, TASS agentliyi partlayışa Ukraynaya məxsus pilotsuz uçuş aparatının (PUA) səbəb olduğunu bildirib.

Məlumata görə, Ukraynanın kəşfiyyat məqsədilə istifadə olunan Tu-141 "Strij" PUA-sı partlayıcı ilə təchiz edilib və Tulada partlayış törədib.

Hadisə nəticəsində 3 nəfərin yaralandığı, üç yaşayış binasına ziyan dəydiyi bildirilir.