"Azəriqaz" Ağdaş sahibkarları ilə görüş keçirəcək

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.
Bu barədə Redaktor.az-a "Azəriqaz"dan bildirilib.
Qeyd olunub ki, SOCAR “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Ağdaş rayonunda görüşü təşkil olunacaq. Aksiya Ağdaş şəhəri, Habil Əliyev adına musiqi məktəbində baş tutacaq.
“Səyyar qəbul otağı” mart ayının 29-da saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.
