"Elan etsək ki, bu gün Milli Cəhalət günüdür, bayırda izdiham əlindən tərpənmək mümkün olmayacaq"

 10:29 28.03.2023     1710

"Azərbaycanda dünya arenasında tanınan diqqətçəkici günlərin xatırlanması sosial şəbəkələrin yaratdığı fürsət hesabına baş verir. Yoxsa kimin nə vecinə bu Elm günüdür, bu Bilik günüdür, bu Müəllim günüdür? Təsəvvür edin ki, sosial şəbəkələr yoxdur və belə paylaşımlar da ancaq məhdud kommunikasıya vasitələri ilə aparılır. O halda necə xəbər tutacaqdıq?"

Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Fazil Mustafa Azərbaycanda Elm Günü ilə bağlı fikirlərini bölüşərkən deyib.

Millət vəkili qeyd edib ki, hər günün xatırlanması, həm də onun üzərində cəmiyyətin düşünməsi deməkdir.

"Elmi kadrların hazırlanması, tədqiqat universiteti problemi, aparıcı elm sahələrində gerilik və elmin inkişafına, mövcud təhsilin səmərəliliyinə tam şəkildə rəsmi biganəlik və başqa bu kimi məsələlərin bütün platformalarda əhatəli şəkildə müzakirə olunmasını hələ də görmürük. Bir canlılıq, bir qaynaşma yoxdur e... İndi buyurub elan et ki, bu gün Milli Cəhalət günüdür, heç bayram statusu da vermə, bayırda izdiham əlindən tərpənmək mümkün olmayacaq. Ona görə də dünyada qeyd olunan hər faydalı günü belə təmtəraqla yaymaq anlaşılan bir davranış deyil. Görün bir adamın vecinədir ki, məktəblərdə təhsil 15 gün gec başlayır? Heç müzakirə də edən yox... Allah Milli Cəhalət günümüzə və ya günlərimizə bərəkət versin deyib, mövzunu qapatsaq yaxşıdır", - deyə F.Mustafa bildirib.

Turan İSMAYIL