Prezidentin yeni təyin etdiyi xüsusi nümayəndə kimdir?

 13:44 28.03.2023     473

Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Məsim Əhməd oğlu Məmmədov Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

Redaktor.az-ın məlumatına görə, M.Məmmədov bu təyinatadək iqtisadiyyat nazirinin müşaviri olub.

O, daha əvvəl bir sıra yüksək vəzifələrdə işləyib. Məsim Məmmədov, həmçinin Əmlak Məsələləri Dövlət Xidmətinin və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət, təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri kimi fəaliyyət göstərib.