Şəki sakinlərini "Açıq mikrofon"a gətirən səbəblər - FOTO

"Azəriqaz" İstehsalat Birliyinin "Açıq mikrofon" aksiyası Oğuz rayonundan sonra Şəki şəhərində təşkil olunub.
Redaktor.az xəbər verir ki, aksiyaya qatılan 10-dan çox sakin müxtəlif müraciətlə çıxış ediblər. Zaqatala RQİİ-nin baş mühəndisi Taleh Həsənov tədbiri açıq elan edəndən sonra mikrofon önünə ilk çıxan Şahpəri Bünyadova debitor borcun ödənilməsində köməkliyin göstərilməsini xahiş edib.
Ardınca 119-120-ci kvartalların 500-ə yaxın sakini adından Eldar Abuzərli müraciətini ünvanlayıb. Vətəndaş qeyd olunan ünvanların qazlaşdırılmasını istəyib.
Vətəndaşa məlumat verilib ki, həmin ərazinin qazlaşdırılması ilə bağlı layihə hazırdır və tezliklə işlərə başlanılacaq.
Zaqatala RQİİ-nin rəhbər şəxsləri səslənən problem və təkliflərin aidiyyəti üzrə yönləndiriləcəyini qeyd ediblər.