Azərbaycanda son sutkada yoluxanların sayı AÇIQLANDI

Azərbaycanda son gün ərzində koronavirus infeksiyasına 74 yeni yoluxma qeydə alınıb, 4 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Redaktor.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.
Eyni zamanda ölkədə son sutka ərzində 595 nəfər vaksinasiya olunub.