Deputata Bulvarda müsahibə verməyə yenə maneə oldular

 22:27 28.03.2023     2607

Bulvarın mühafizəsi Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayevə sözügedən ərazidə müsahibə verməyə yenə mane olub.

Redaktor.az bildirir ki, bu barədə millət vəkili özü məlumat verib.

"Bulvarda mənə müsahibə verməyə imkan verilməyən yerdə İctimai TV və ATV-yə bulvardakı qadağalar haqqında danışdıq. Mühafizə yenə yaxınlaşdı, amma jurnalistlər dirəniş göstərib çəkiliş etdilər...",- deyən R.Nurullayev Bulvar İdarəsinə narazılığını da dilə gətirib:

"Bulvar niyə xüsusi olaraq mühafizə edilir görəsən? Xalq ora istirahət etməyə gəlir, stres yaşamağa yox. Qaydaları dəyişin, lütfən!"

Tunar Altunbay