Fazil Mustafa ikinci dəfə əməliyyat edildi

 10:15 29.03.2023     1071

“Ötən gün yaşadığı evin qarşısında güllə yarası alan Milli Məclisin deputatı Fazil Mustafa müalicə aldığı tibb müəssisəsində ikinci dəfə əməliyyat olunub”.

Redaktor.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında deputatın müavini Əjdər Əliyev məlumat verib.

O bildirib ki, Fazil Mustafanın çiynindən aldığı yara ciddi olduğundan ikinci əməliyyat lazım olub: “Hazırda onun səhhəti qaydasındadır”.

Qeyd edək ki, dünən axşam saatlarında Milli Məclisin deputatı Fazil Mustafa terror aktına məruz qalıb. Deputat ayaq və çiyin nahiyəsindən güllə yarası alıb.