Fazil Mustafa ilk ona zəng edib: "Evə daxil ola bilərlər, tez gəl..."

“Fazil əmim zəng etdi, ilk sözü bu oldu ki, “məni vurublar, tez gəl, evə daxil ola bilərlər”. Mən özümü çatdıranda artıq cinayətkarlar qaçmışdı”.
Redaktor.az xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında sui-qəsdə məruz qalan deputat Fazil Mustafanın qardaşı oğlu Toğrul Mustafayev deyib.
O bildirib ki, qan itirməməsi üçün əmisinin ayağını və qolunu kəmərlə sıxıb:
“Ağlıma ilk gələn yer “Semaşko” oldu. Gətirdim bura. Təmkinini itirməmişdi”.