“Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirildi - FOTO

 11:59 29.03.2023     284

Təbiətin qorunması, mühafizə olunması, yeni yaşıllıqların salınması ümumxalq işidir. Bu baxımdan hamı bir nəfər kimi doğma yurdumuzun hər gülünün, çiçəyinin qədrini bilməli, təbiətin nadir inciləri olan bitki novlərini qorumalı, ona qayğı ilə yanaşmalıdır.

Redaktor.az xəbər verir ki, Prezidentin 2022-ci il 28 noyabr tarixli  3623 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilib. Məlum olduğu kimi, ulu öndər Heydər Əliyevin fəaliyyətində ekoloji vəziyyətin daha da yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə edilməsi məsələləri həmişə xüsusi diqqət mərkəzində olub. Təsadüfi deyil ki, məhz ümummilli liderimizin 1969-1982 və 1993-2003-cü illərdə respublikamıza rəhbərlik etdiyi dövrlərdə ekologiya və ətraf mühitin mühafizəsi sahəsində mühüm qanunlar və qərarlar qəbul edilmiş, bu sahədə çox böyük dəyişikliklər həyata keçirilib.

Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı ölkəmizin bütün bölgələrində silsilə tədbirlər keçirilir. İl çərçivəsində  ölkə ərazisində müxtəlif sahələrdə abadlıq quruculuq işləri davam edir, eyni zamanda hər yerdə, dövlət idarə və müəssissələrinin, qeyri hökumət qurumlarının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyaları təşkil olunur.

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin kollektivi tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə təşkil olunan silsilə tədbirlər çərçivəsində martın 18-də keçirilmiş ağacəkmə aksiyası da bu qəbildəndi.

Aksiyada “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Zaur Mikayılov və kollektiv könüllü olaraq ağacəkmə kampaniyasında fəal iştirak edib. Aksiya zamanı xüsusi ayrılmış ərazilərdə, su təsərrüfatı obyektlərinin ətrafında, yerli istismar idarələrinin həyətində 12 min 182 ədəd ağac əkilib. Yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib.

Azərbaycan “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin bütün tabeli qurumları kimi Hidrogeoloji-Meliorativ Xidmət və Suların İstifadəsinə – Mühafizəsinə Nəzarət İdarəsinin kollektivi də ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində ağacəkmə aksiyasına qoşulub.

İdarənin kollektivi Bakı şəhəri ilə yanaşı Hidrogeoloji-Meliorativ Xidmət və Suların İstifadəsinə – Mühafizəsinə Nəzarət İdarəsinin Qərb, Cənub və Şirvan Zonalarında yerləşən Goranboy, Masallı və Kürdəmir rayonlarındakı idarələrinin kollektivi tərəfindən də ağacəkmə aksiyası keçirilmiş, əvvəlcədən müəyyən olunmuş ərazilərdə minlərlə yeni, müxtəlif növ ağaclar əkiblər.

Aksiyanın keçirilməsində başlıca məqsəd ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, ümummilli liderin miras kimi qoyduğu yaşıllaşdırma ənənələri davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarət olub.

Hidrogeoloji-Meliorativ Xidmət və Suların İstifadəsinə – Mühafizəsinə Nəzarət İdarəsinin rəisi, Əməkdar Mühəndis, YAP Səbail rayon təşkilatı meliorator ərazi təşkilatının sədri, YAP Səbail r. Ü. Hacıbəyov 84 ərazi təşkilatının sədri Saleh Sadıqov qeyd edib ki, dahi rəhbər Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət hazırda onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

22222