“Qazi, şəhid ailələrinə dərmanlar pulsuz verilsin” - Əhliman Əmiraslanov

Milli Məclisdə qazi, şəhid ailələrinə dərmanların pulsuz verilməsi təklif olunub.
Redaktor.az-ın məlumatına görə, bu təkliflə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov çıxış edib.
O vurğulayıb ki, dərman qiymətlərinin baha olması hələ də aktualdır:
“Biz bunları nəzərə almalıyıq. İnsanlar tərəfindən qiymətlərlə bağlı narazılıqlar var. Bildirim ki, TƏBİB-lə danışıqlar aparıb, qazi, şəhid ailələri üçün dərmanların pulsuz verilməsi üçün işlər görməliyik. Düzdür, bunun üçün böyük maliyyə lazımdır. Amma TƏBİB-in səlahiyyətləri böyüyür və fikrimcə ilk mərhələdə qazi, şəhid ailələrini dərmanla təmin edə bilərik. Çünki insanların bununla bağlı narazılıqları var”.