Sürücülərin nəzərinə! - Bu yol bağlanacaq

2 aprel saat 08:00-dan saat 22:00–dək Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolunda dəmir yolu xətti üzərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Redaktor.az-a verilən məlumata görə, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan vaxt kəsiyində alternativ yollardan istifadə etmələri xahiş olunur.
"Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik",- məlumatda deyilir.