Elektrik enerjisi ilə bağlı yaranan problemlə barədə RƏSMİ AÇIQLAMA

 16:17 30.03.2023     469

Azərbaycanın bəzi bölgələrində elektrik enerjisinin verilişi ilə bağlı yaranan problem aradan qaldırılıb. 

Bu barədə Redaktor.az-a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəisi Vaqif Aydınoğlu məlumat verib. 

O bildirib ki, güclü külək və qasırğa nəticəsində bu gün səhər saatlarında Gəncə şəhərinin bəzi ərazilərində, eləcə də Samux, Tovuz və digər rayonların bir neçə kəndində elektrik enerjisinin verilişində yaranan problem aradan qaldırılıb:

“Səhər saat 09:00-dan sonra Tovuz rayonunda elektrik enerjisinin verilişi tam bərpa edilib. Samuxda isə bir neçə kənddə elektrik enerjisi cəmi bir-iki kənddə yoxdur. Bir neçə dayağın üzərinə ağac aşdığı üçün bu problem yaranıb, bu istiqamətdə də əməkdaşlarımız çalışırlar. Gəncə və Tovuzda isə dediyim kimi güclü külək səbəbindən elektrik enerjisinin verilişində yaranmış problem tam aradan qaldırılıb”.