Qaz sızması ilə bağlı Bakı şəhəri üzrə 10 505 müraciət daxil olub - "Azəriqaz" rəsmisi

 15:17 31.03.2023     1054

“3 ay ərzində "Azəriqaz"a 313 294 müraciət daxil olub. Bunlardan 223 028-i Bakı şəhəri ərazisindən, 40 000-i Abşeron rayonu, 5567-i Sumqayıt şəhərindən, 15000-i regionlardan daxil olub”.

Redaktor.az xəbər verir ki, bu sözləri “Azəriqaz” İstehsalat Birliyinin İdarəetmə Aparatının 104 xidmətinin rəhbəri Xalidə Şimşək bu gün keçirilən “Açıq qapı” aksiyasında bildirib.

Onun sözlərinə görə, müraciətlərin əksəriyyətini sayağacla bağlı və məlumat xarakterli müraciətlər təşkil edir:

"Sayağacların istismarı ilə bağlı müraciətlər əksəriyyət təşkil edir. Sızma ilə bağlı Bakı şəhəri üzrə 10 505 müraciət daxil olub. Bütün bu müaricətlərin operativ icrası təmin olunub".

Həmidə İbrahimli