Bakıda bu marsrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

 16:15 31.03.2023     397

Aprelin 2-də, saat 08:00-dan 22:00-a qədər Bakıda 71 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Bu barədə Redaktor.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, buna səbəb paytaxtın Binəqədi rayonu, Baksol yolunda aparılacaq təmirlə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinin tam məhdudlaşdırılmasıdır. Odur ki, sözügedən marşrut üzrə hərəkət sxemi iki istiqamətdə - “Azadlıq prospekti” metro stansiyası - Baksol yolu (Məhdudiyyət tətbiq edilən hissəyə qədər) və Baksol yolu (Məhdudiyyət tətbiq edilən hissədən) - “Koroğlu” metro stansiyası istiqamətində təşkil ediləcək.