Laçınlılar bu evlərdə yaşayacaq - VİDEO

Yenidənqurma işləri çərçivəsində birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir.
Redaktor.az xəbər verir ki, bura ermənilər tərəfindən dağıdılmış evlərin bərpası da daxildir.
Məlumata görə, çoxmərtəbəli 8 yaşayış binası, eləcə də 30-dan çox ictimai bina inşa edilir. Bütün bu işlərin ilin sonuna kimi yekunlaşdırılması gözlənilir.
AzTV-nin mövzü ilə bağlı hazırladığı süjeti təqdim edirik: