Nazirliyin idarə rəisi döyülüb?

8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisinin döyüldüyü iddia edilib.
Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, idarə rəisi döyülüb, ağır xəsarətlər alıb.
Redaktor.az-ın xəbərinə görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, qeyd olunan məsələ barədə Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət daxil olmayıb:
“Amma sosial şəbəkələrdə yayılan iddialarla bağlı araşdırmalara başlanılıb. Tofiq Əsgərov ilkin ifadəsində yıxılaraq xəsarət aldığını bildirib. Hazırda müvafiq ekspertiza təyin olunub və şöbənin Təhqiqat bölməsində araşdırmalar davam etdirilir”.