Fazil Mustafanın son durumu AÇIQLANDI

 12:51 01.04.2023     10364

"Şükür Allaha Fazil müəllim yaxşıdır. Normal qaydada müalicəsi davam edir".

Bunu Redaktor.az-a açıqlamasında martın 28-də yaşadığı evin qarşısında sui-qəsd cəhdinə məruz qalan Milli Məclisin deputatı Fazil Mustafanın köməkçisi Əjdər Əliyev dedi.

"Qısa müddət ərzində sağalma prosesi normal səviyyədə davam edir. İnşallah belə getsə, yaxın müddətdə Fazil müəllim sağlamlığına tam qovuşacaq və həkimlərin razılığı əsasında evə buraxılacaq",- deyə Ə.Əliyev bildirdi.

Həmidə İbrahimli