"Azəriqaz"ın “Açıq mikrofon” aksiyası davam edir - FOTO

 17:16 01.04.2023     1017

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir.

Redaktor.az xəbər verir ki, növbəti həftə (03-05.04.2023 və 07.04.2023 tarixləri) saat 11:00-dan 12:00-dək daha 4 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyası keçiriləcək. Aksiya həftənin 1-ci günü Xaçmaz rayonunda (Xudat şəhəri, Heydər Əliyev adına Mədəniyyət Sarayının qarşısı), 2-ci günü Siyəzən rayonunda (Mərkəzi Kitabxananın qarşısı), 3-cü günü Şabran rayonunda (Heydər Əliyev Mərkəzinin qarşısı), 5-ci günü isə Quba rayonunda (Gənclər Parkı) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.