Bakıda kəskin qoxu yayılıb - Nazirlik səbəbini axtarır

Bakının bəzi ərazilərində kəskin qoxu yayılıb.
Redaktor.az xəbər verir ki, bu barədə vətəndaşlar sosial şəbəkələrdə bildiriblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova "BAKU.WS"-ə açıqlamasında bildirib ki, hazırda iyin mənbəyi araşdırılır.
Əlavə məlumat olan kimi bildiriləcək.