Tovuzdakı görüntülərlə bağlı MƏLUMAT - FOTO

 19:16 01.04.2023     952

Sosial şəbəkələrdə Tovuz rayonunda yerləşən parkların birində 3 nəfərin video görüntüsü paylaşılaraq narkoman kimi təqdim edilməsi həqiqətə uyğun deyil.

Bu barədə Redaktor.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

Onun sözlərinə görə, həmin şəxslərin 3-də ruhi-əsəb dispanserində qeydiyyatda olan Tovuz rayon sakinləridir və narkotiklə heç bir əlaqəsi yoxdur.

"Rayon sakinlərinin əksəriyyəti də həmin şəxsləri tanıyır və narkoman olmadığını bilirlər. Əfsuslar olsun ki bəzən vətəndaşlar məsələnin mahiyyətini dərk etmədən həqiqətə uyğun olmayan paylaşımlar edərək ictimai çaşqınlıq yaradır. Bildirirəm ki  bu qanunla məsuliyyət yaratmaqla bərabər həm də əxlaq normalarına ziddir",- məlumatda bildirilir.