Minaya düşüb şəhid olan hərbçimiz dəfn olundu - FOTO

 21:27 02.04.2023     746

Tərtər rayonunun azad olunmuş ərazisində minaya düşərək həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, əsgər Niftalıyev Novruz Eldəniz oğlu Qəbələdə dəfn olunub.

Redaktor.az Report-a istinadən xəbər verir ki, dəfn mərasimindən əvvəl hərbi qulluqçunun doğulduğu Nohurqışlaq kəndində onunla vida mərasimi keçirilib.

Daha sonra ​19 yaşlı Novruz Niftaliyev ​Nohurqışlaq kənd qəbiristanlığında torpağa tapşırılıb.