Saxta kampaniya barədə mesajlara etimad etməyin - XƏBƏRDARLIQ

 10:37 03.04.2023     837

Ramazan bayramı münasibətilə pulsuz 50 GB internet paketi qazanmağı vəd edən saxta kampaniya barədə mesajlara etimad etməyin.

Elektron Təhlükəsizlik Xidmətindən Redaktor.az-a bildirilib ki, votsap tətbiqi vasitəsilə göndərilən bu mesajlarda istifadəçilərdən ilkin olaraq mobil nömrələrini daxil etmələri, daha sonra isə kampaniya barədə məlumatı ən azı 12 votsap istifadəçisi və yaxud qrupu ilə paylaşmaları tələb olunur.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara bu kimi saxta kampaniyalara inanmamağı, keçidlər vasitəsilə fərdi məlumatlarını daxil etməməyi tövsiyə edir.