AzTV-də yüksək vəzifəyə yeni təyinat – FOTO

Tanınmış jurnalist, publisist Vəli Əkbər Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də (AzTV) İnformasiya Proqramları Studiyasının direktoru vəzifəsinə təyin olunub. Bu gün Vəli Əkbər kollektivə təqdim olunub.
Redaktor.az bizim.media-ya istinadən xəbər verir ki, Vəli Əkbər “Press-Fakt” qəzetində məsul katib, “Həftə-içi” qəzetində baş redaktorun müavini, “Rezonans” qəzetinin baş redaktoru vəzifələrində çalışıb.
Tanınmış jurnalist həmçinin “Lider” TV-də Xəbərlər departamentinin rəhbəri, AzTV-də Xəbərlər studiyasının direktor müavini vəzifələrində işləyib.
Vəli Əkbərin sonuncu iş yeri isə Bizim.Media informasiya portalı olub. O, bir neçə il Bizim.Media informasiya portalında baş redaktorun müavini işləyib.