Azərbaycanda nazir Ali Məhkəmənin hakimi təyin edildi

 12:57 04.04.2023     1092

Bu gün Milli Məclisdə İnam Kərimovun Azərbaycan Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.

Redaktor.az xəbər verir ki, İnam Kərimovun özünün də iştirak etdiyi iclasda məsələ barədə parlament sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

O bildirib ki, gündəliyə İnam İmdad oğlu Kərimovun Azərbaycan Ali Məhkəməsinin hakimi təyin edilməsi ilə bağlı məsələ daxil edilib.

Əli Hüseynli İnam Kərimovun yüksək hüquqi təhsilə Azərbaycanın və Avropanın aparıcı universitetlərində yiyələnməsi barədə məlumat verib, onun hüquqşünas alim kimi elmi fəaliyyətindən və dövlətçiliyə xidmətlərindən danışıb.

Məsələ müzakirəyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, İnam Kərimov hazırda Azərbaycanın kənd təsərrüfatı naziridir.