“Azəriqaz” rəhbərliyinin növbəti canlı yayımı planlaşdırılır

Aprel ayının 5-də saat 15:00-da "Facebook" və "Instagram" sosial şəbəkələri üzərindən “Azəriqaz” İB rəhbərliyinin növbəti canlı yayımı planlaşdırılır.
Redaktor.az xəbər verir ki, bu barədə sözügedən qurumdan bildirilib.
"Siz qaz təsərrüfatına dair istənilən sualla canlı yayımda müraciətlərinizi edə bilərsiniz",- məlumatda deyilir.